AZ

“Azərbaycan sülh təşəbbüslərinə daim dəstək verib” – Azər Həsrət

"Hər şeydən əvvəl xüsusi vurğulamaq lazımdır ki, sülh yönündə atılan istənilən addım təqdir edilməli və dəstəklənməlidir. Azərbaycan da həmişə bu cür təşəbbüsləri dəstəkləyib. İsrail əsasən HƏMAS terror təşkilatını hədəf alırdı. HƏMAS kimi terror qrupları isə dinc əhalinin arxasında gizlənir, sığınır. Bu səbəbdən İsrail atəş açarkən raketlər, bombalar və digər silahlarla əsasən atəş nöqtələrini hədəfə alırdı. Hərb qanunlarına görə, hərbi əməliyyat zamanı məqsəd yalnız hədəflərin məhv edilməsidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, 2023-cü il 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu Yaxın Şərqdə yeni və ölümcül bir mərhələnin başlanmasına səbəb oldu. Təxminən 72 437 fələstinli həyatını itirdi. Hazırda humanitar böhranın qarşısını almaq üçün aparılan diplomatik səylər hələ uğur qazanmamışdır. Diqqət ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasına yönəlib. Təxminən 60 ölkəyə dəvətlər göndərilib və ilkin iclasın Davos Forumunda keçirilməsi nəzərdə tutulur. Şuranın tərkibində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyanın qurucu üzv kimi iştirak etməsi geniş müzakirələrə yol açıb. Hazırda şuranın real təsir gücü və effektivliyi isə sual altındadır.

Siyasi şərhçi bildirib ki, problem ondadır ki, HƏMAS terrorçuları dinc əhalini canlı qalxan kimi istifadə edirlər.

Seçilən
25
aznews.az

1Mənbələr