Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yaşı 16-dan az olan şəxslərin sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihələri hazırlayıb.
News365.az xəbər verir ki, bu barədə hökumətin "Telegram" kanalında məlumat verilib.
Xəbərə görə, yeni layihə onlayn platformaların, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyir və uşaqların sosial mediada qeydiyyatdan keçməsini qadağan edir.
Qanun layihələri artıq ekspert rəyindən keçib və ictimai müzakirəyə açıqdır.
Layihənin effektiv tətbiqini təmin etmək üçün Təhsil Nazirliyi ilə Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi istifadəçilər üçün yaş yoxlama mexanizmləri hazırlamağı, eyni zamanda cəzalar müəyyənləşdirməyi planlaşdırır.