AZ

AZAL-ın təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq?

"AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatı xarici laboratoriyalar tərəfindən araşdırıldıqdan sonra dərc olunacaq".

Moderator.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Saujranbayev yerli mediaya açıqlamasında bildirib.

"Faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq. Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib. Aviasiya modulu bölməsi müayinə üçün amerikalı bir istehsalçıya yönləndirilib", - deyə o izah edib.

Nazir onu da bildirib ki, iki əcnəbi laboratoriyanın məlumatları hələlik onlara daxil olmayıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Seçilən
84
32
moderator.az

10Mənbələr