AZ

Hindistan Rusiya neftini Yaxın Şərqlə əvəzləyir Reuters

ain.az, 525.az portalına istinadən məlumat verir.

Hindistanın neft emalı zavodları neft alışı strategiyasını dəyişirlər. Onlar Rusiya neftindən uzaqlaşmaq, Yaxın Şərq və ABŞ-dan alışları artırmaq istəyirlər.

525.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Neft idxalı strategiyasının yenidən nəzərdən keçirilməsi potensial olaraq Hindistanın nəhayət ABŞ ilə tarifləri azaltmaq üçün ticarət razılaşması əldə etməsinə kömək göstərə bilər. Hindistan 2022-ci ildən sonra Rusiya neftinin əsas alıcısına çevrilib, lakin bu, Rusiyaya qarşı sanksiyalar tətbiq edən sivil ölkələrdə son dərəcə mənfi reaksiyalara səbəb olub.

Nəşrin mənbələri bildirib ki, Rusiyadan neft alışının azalması Hindistan hökumətinin ABŞ ilə müqavilənin bağlanmasını sürətləndirmək barədə müzakirə aparmasından sonra başlayıb. Bunun ardınca dövlətə məxsus Bharat Petroleum Corp. neft emalı şirkəti İraq və Omandan xam neft almaq üçün tenderlər elan edib.

BƏƏ-dən neft almaq məsələsi də nəzərdən keçirilir. 2026-cı ilin aprel ayından etibarən Trafigura şirkəti Hindistana Oman və İraqdan xam nefti bazar qiymətlərindən bir qədər aşağı qiymətlərlə tədarük edəcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr