AZ

Finlandiya NATO-nun keçirəcəyi irimiqyaslı təlimlərdə iştirak edəcək

Bakı. Trend:

Finlandiya hərbçiləri bu ilin mart ayında NATO-nun genişmiqyaslıtəlimlərində iştirak edəcəklər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Finlandiyanın briqada generalıManu Tuominen bildirib.

Onun sözlərinə görə, Finlandiya dövləti üçün alyans tərəfindənplanlaşdırılan birgə təlimlərin birbaşa Finlandiya ərazisindəkeçirilməsi son dərəcə vacibdir.

Yanvarın 12-dən etibarən Finlandiyanın “Utti” alayına məxsushelikopterlər ölkənin cənubunda, Rusiya sərhədi yaxınlığındatəlimlər keçirir. “NH90” və “MD500” helikopterlərinin təlimuçuşları Kümenlaakso bölgəsində həyata keçirilib.

2025-ci ilin noyabrında Finlandiyanın şimalında, Rusiyasərhədindən yüz kilometr məsafədə, “Northern Spike 225” adlıartilleriya təlimləri baş tutub. Təlimlərdə 2 mindən çox hərbçi və500 ədəd hərbi texnika iştirak edib.

Məqalədə:
Seçilən
70
7
az.trend.az

8Mənbələr