AZ

Azərişıq : Qısa zamanda cənub rayonlarında elektrik enerjisi bərpa ediləcək

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərişıq" ASC Azərbaycanın cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir.

Bu barədə 525.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağan aramsız qar cənub regionunda - Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub: "Bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır".

Məlumatda deyilir ki, şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır: "Artıq əksər kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
34
525.az

10Mənbələr