AZ

Süni intellektin yaratdığı feyk təhlükəsi: Ekspertdən ciddi xəbərdarlıq

Artıq süni intellekt vasitəsilə hazırlanan videoları real görüntülərdən ayırmaq demək olar ki, mümkün deyil.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov süni intellektin cəmiyyət üçün yaratdığı risklərlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər süni intellekt məhsulu olan videolar həddindən artıq “şişirdilməyibsə”, adi vətəndaş onların saxta olduğunu anlaya bilmir. Bu isə gələcəkdə insanların real təbiət hadisələrinə, texnogen qəzaların görüntülərinə və şəxslərlə bağlı videolara inamının azalmasına səbəb ola bilər:

"Süni intellekt yalnız videoçəkilişləri saxtalaşdırmır. İstənilən sənəd və məlumat saxtalaşdırıla bilir. Davos Forumunun hesabatında da bu, qlobal təhlükələrdən biri kimi qeyd olunur. Səhv verilən informasiya (misinformation), qəsdən verilən informasiya (feyk-disinformation) və süni intellektdən zərərli məqsədlər üçün istifadə yaxın gələcəkdə ciddi sarsıntılara gətirib çıxara bilər — istər insanların şəxsi həyatında, istərsə də qlobal və ümumdövlət məsələlərində."

 

Pərvanə Fərhadqızı

Seçilən
6
qht.az

1Mənbələr