AZ

Avropa Parlamentinin deputatı: Tramp XXI əsrin Hitleridir...

İspaniyalı deputat Avropanı Tramp qarşısında alçalmaqda ittiham edib...

Avropa Parlamentinin deputatı İrene Montero Avropa Parlamentində ABŞ və NATO əleyhinə sərt çıxış edib.

Poliqon xəbər verir ki, Avropa Parlamentinin İspaniyadan olan deputatı İrene Montero plenar iclas zamanı kəskin çıxış edərək Avropanı ABŞ prezidenti Donald Tramp qarşısında “alçaldıcı mövqe tutmaqda” günahlandırıb. Deputatın sözlərinə görə, Avropa Birləşmiş Ştatların siyasətini dəstəkləməklə nə təhlükəsizliyini təmin edir, nə də dəyərlərini qoruyur.

“Doğrudanmı hələ də inanırsınız ki, Birləşmiş Ştatlara onların cinayətlərini törətməkdə kömək etməklə biz təhlükəsiz olacağıq? İrana qarşı bombardmanlar və sanksiyalar qadınlara azadlıq gətirməyəcək. Bu addımlar Trampa neft gətirəcək. Yatızdırma siyasəti müharibənin qarşısını almadı, əksinə, canavarı daha da gücləndirdi”, deyə Avropa Parlamentinin deputatı İrene Montero bildirib.

Deputat çıxışında Donald Trampı “XXI əsrin Hitleri” adlandıraraq ABŞ-a qarşı daha sərt mövqe tutulmasını tələb edib. O, Avropanın Vaşinqtondan məsafə saxlamalı olduğunu və NATO-dan dərhal çıxmaq məsələsini gündəmə gətirib. Montero Avropanı ABŞ-nin hərbi əməliyyatlarında, xüsusilə də İrana qarşı mümkün hücumlarda iştirak etməməyə çağırıb.

“Biz Birləşmiş Ştatları təcrid etməli və dərhal NATO-dan çıxmalıyıq, onlara İrana bomba atmaqda kömək etməməliyik. Ləyaqətinizi qoruyun”, deyə deputat vurğulayıb.

İrene Monteronun bu çıxışı Avropa Parlamentində ciddi müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar Avropa daxilində ABŞ-la münasibətlər və NATO üzvlüyü ilə bağlı mövcud fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr