AZ

Ronaldonun heykəli yandırıldı - Video

style='margin-bottom:10px;'>

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Madeyra adasındakı heykəli yandırılıb.

QOL.az xəbər verir ki, naməlum şəxs futbolçunun bürünc heykəlinin üzərinə yanıcı maddə tökərək od vurub. O, bu anları videoya çəkib və alovlar heykəli bürüyərkən rep musiqisi sədaları altında rəqs etməyə başlayıb.

Hadisə çərşənbə axşamı səhər saatlarında Funşal şəhərində Ronaldoya həsr olunmuş "CR7 Muzeyi"nin yaxınlığında qeydə alınıb. Heykələ ciddi ziyan dəyib-dəymədiyi hələlik dəqiqləşməyib.

Xatırladaq ki, sözügedən heykəl daha əvvəl 2016-cı ilin martında Lionel Messi pərəstişkarları tərəfindən zədələndiyi üçün başqa ərazidən indiki yerinə köçürülmüşdü.

@dailymailsport

Watch this on TikTok

Seçilən
154
4
teleqraf.com

5Mənbələr