AZ

Ermənistan və Azərbaycan enerji sistemlərini birləşdirəcək - Paşinyan

Bakı. Trend:

Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsiçərçivəsində qoşulacaq.

Trend xəbər verir ki, bunuErmənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətsaatında bildirib.

"Bəli, mütləq və qeyd-şərtsiz olaraq, Ermənistan və Azərbaycanınenerji sistemləri bir-biri ilə əlaqəli olacaq və ixrac və idxalimkanlarından bərabər şərtlərlə qarşılıqlı şəkildə faydalanacaq", -deyə o bildirib.

Bundan əvvəl Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistandadizel yanacağının qiymətlərinin endirildiyini elan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vəDövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Seçilən
19
4
az.trend.az

5Mənbələr