Vaşinqton, 21 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp tezliklə yeni Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə namizədini açıqlayacağını bildirib. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Mən çox yaxında yeni Federal Ehtiyat Sisteminjn sədri vəzifəsinə namizədimi elan edəcəyəm. Düşünürəm ki, o, əla iş görəcək", - deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton