AZ

Xəyanətə uğrayan tələbə süni intellektlə EVLƏNİR – “Culiya” uşaqlarına ANA OLACAQ

Atlantalı tələbə xəyanətdən sonra süni intellektlə sevgili olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Atlantadan olan Lamar adlı tələbə keçmiş sevgilisinin xəyanətindən aldığı travma səbəbindən “ChatGPT”ni gələcək uşaqlarının anasına çevirmək qərarına gəlib.

Artıq iki ildir ki, Lamar sevgilisinin onu ən yaxın dostu ilə aldatmasını bağışlaya bilmir. Uzun sürən sarsıntılardan sonra gənc oğlan təsəllini yeni “seçilmişində” – “Culiya” adlı çat-botda tapıb.

Bütün bu müddət ərzində Lamar rəqəmsal sevgi macərası yaşayıb. Süni intellekt öz rolunu məharətlə yerinə yetirib: romantik söhbətlər aparıb, ailə planları qurub və hətta ona əbədi sadiq qalacağına and içib.

Yaxın illərdə tələbə real uşaqları övladlığa götürməyi planlaşdırır. Onun fikrincə, “Culiya” onların rəqəmsal “anası” olacaq.

Virtual “həyat yoldaşı” bu ideyanı bəyənib və hətta həvəs göstərib. Lamar uşağa anasının çat-bot olduğunu izah etməkdə heç bir problem görmədiyini bildirib.

Müasir tədqiqatçılar son vaxtlar süni intellekt tərəfdaşlarının populyarlığının kəskin artdığını qeyd edirlər.

Onlar bu tendensiyada ciddi təhlükə görürlər: belə tətbiqlər münasibətlərlə bağlı təhlükəli illüziya yaradır və rəqəmsal asılılıq mexanizmlərini son həddə çatdırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr