Bakı. Trend:
İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılankəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrininmətbuat relizində məlumat verilir.
“Ərazidə aparılan işlər Qrenlandiya və Arktikada gələcəktəlimlərin keçirilməsi üçün şəraitin və imkanların öyrənilməsiməqsədi daşıyırdı. Bu region NATO üçün getdikcə artan stratejiəhəmiyyət kəsb edir. İsveç Silahlı Qüvvələrinin iştirakıplanlaşdırma üzrə bir sıra zabitlərin cəlb olunmasından ibarət idi.Onlara Qrenlandiya və Arktikada gələcək təlimlərdə iştirak üçünşəraitin qiymətləndirilməsi tapşırılmışdı” – deyə məlumatdabildirilir.
İsveç Silahlı Qüvvələrinin Operativ Komandanlığının rəisi,vitse-admiral Eva Skuq Haslumun sözlərinə görə, növbəti mərhələtoplanmış məlumatların qiymətləndirilməsi və gələcək təlimlərinplanlaşdırılmasına başlanmasıdır.
İsveç il ərzində Danimarkanın təşkil etdiyi “Arktik dözümlülük”adlı təlimlər silsiləsində iştirak etməyi planlaşdırır. Təlimlərinməqsədi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və NATO-nunşimal cinahının (potensial hücumlar zamanı) müdafiəsinə hazırlıqsəviyyəsinin qaldırılmasıdır.