32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova seçicilərlə görüş keçirib
Redaktor.az xəbər verir ki, 21 yanvar 2026-cı il tarixində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı tam orta məktəbdə millət vəkili Afət Həsənova seçiciləri ilə növbəti görüş-qəbulunu keçirib.
Görüş zamanı deputat vətəndaşların narahat etdiyi məsələləri dinləyib, onlara müvafiq hüquqi izahlar verib. Eyni zamanda bəzi problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər edilərək icrası nəzarətə götürülüb.


