Bakı. Trend:
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraitiilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdəşagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bəziərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrininhərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin vəpedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir.Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsilmüəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranmasıanlayışla qarşılanır.
Trend xəbərverir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi məlumat yayıb
Bildirilir ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlıhər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrəmövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdəqısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrindəkeçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiyaedilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
"Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsilmüəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlikəsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlıaidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb.Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır vəqısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırdaölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrininmərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel,elektrik radiatoru) istilik təminatı normal qaydada həyatakeçirilir", - qurumdan əlavə olunub.