ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karnini nankorluqda günahlandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı belə deyib.
Tramp Kanadanın baş nazirinə müraciət edərək deyib:
"Biz Kanadanı təbii olaraq qoruyacaq Qızıl Günbəz raketdən müdafiə sistemi qururuq. Kanada bizdən çox şeyi pulsuz alır. Yeri gəlmişkən, onlar bizə təşəkkür etməlidirlər, amma etmirlər. Dünən baş nazirinizin çıxışını izlədim; o, minnətdar deyildi. Onlar minnətdar olmalıdırlar. Kanada ABŞ sayəsində yaşayır. Mark, növbəti dəfə açıqlama verərkən bunu unutmayın".
Anar