AZ

Mirzoyandan Azərbaycan və Türkiyə ilə bağlı vacib açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması paralel şəkildə irəliləyən iki prosesdir. Bu istiqamətdə İrəvan mühüm nailiyyətlər əldə edib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, siyasi gündəlik çərçivəsində iki tənzimləmə prosesi həyata keçirilir:

“Biz hər iki istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə etmişik, gələcək addımlar və yekun nəticələrlə bağlı mövqelərimizi və gözləntilərimizi aydın şəkildə formalaşdırmışıq. Bəyan edirik ki, bu proseslər siyasi gündəlik baxımından bir-biri ilə şərtləndirilmir.”

XİN rəhbəri vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələr heç kim üçün sirr deyil.

“Biz müəyyən mənada bu bağlılığı qəbul etməliyik. Hesab edirəm ki, əgər bu gün Azərbaycanla razılaşma əldə etmişiksə və sülhün möhkəmləndirilməsi və ya institusionallaşdırılması istiqamətində daha bir addım atmışıqsa, o zaman Türkiyə ilə münasibətlərin normallaşmanı gözləmədən də bunu davam etdirə bilərik,” – Mirzoyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
globalinfo.az

1Mənbələr