AZ

Futzal millisi Danimarka ilə oyun öncəsi son məşqə çıxıb - FOTO

Sabah Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir.

İdman.Biz bildirir ki, komanda bu gün matçın keçiriləcəyi zalda oyunöncəsi məşqinə çıxıb.

Təxminən 1 saat davam edən hazırlıq prosesində futzalçılar taktiki çalışmalar yerinə yetirib.

Qeyd edək ki, yanvarın 22-də baş tutacaq oyun saat 19:00-da başlayacaq. Zala giriş biletsiz olacaq.

İdman.Biz
Seçilən
50
1
idman.biz

2Mənbələr