AZ

İsveç kralının bacısı şahzadə Dezire vəfat edib



İsveç kralı XVI Karl Qustavın bacısı şahzadə Dezire 87 yaşında vəfat edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Əlahəzrət Kralın bacısı Şahzadə Desiree, Baronessa Silfverschild, 21 yanvar 2026-cı il, çərşənbə günü, Västergötlanddakı Koberqdəki evində ailəsinin əhatəsində dinc şəkildə vəfat etdi. Şahzadənin 87 yaşı var idi".

Qeyd edək ki, şahzadə Desiree, Baronessa Silfverskiöld (1938-ci il təvəllüdlü), Baron Niklas Silfverskiöldün (1934-2017) dul arvadı idi və Västergötlanddakı Koberg qalasında yaşayırdı. Şahzadə Desiree'nin dəfn mərasimi haqqında məlumat yaxın saatlarda veriləcək.

Anar
Seçilən
153
1
newscenter.az

2Mənbələr