AZ

“Siti” futbolçuları azarkeşlərin xərcini ödəyəcək

“Mançester Siti” klubunun futbolçuları maraqlı addım atıblar.

Msport.az xəbər verir ki, onlar Çempionlar Liqasının 7-ci turunun “Budo Qlimt”lə Norveçdəki səfər oyununu izləyən azarkeşlərin bilet pullarını özlərinə qaytaracaqlar.

Qeyd edək ki, matç İngiltərə klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Azarkeşlərimiz bizim hər şeyimizdir. Bilirik ki, fanatlarımız oyunlara görə bütün dünyanı səyahət edəndə nələrdən keçirlər. Heç vaxt bunu onların borcu kimi qəbul etməyəcəyik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Bizi şaxtalı havada dəstəkləyən fanatlarımız Norveçə uzun yol qət etmişdilər. Biletə ödənilən pulları geri qaytarmaq edə biləcəyimiz ən kiçik şeydir” – Manchseter Evening News futbolçuların adından açıqlamanı yayıb.

Nəşrin məlumatına görə, futbolçular fanatlara təxminən 10 760 avro qaytaracaq.

 

Seçilən
20
msport.az

1Mənbələr