AZ

Azərbaycan və Moldova ticarət iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixov və Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Moderator.az-ın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyi xəbər yayıb.

Görüşdə tərəflər Moldova-Azərbaycan münasibətlərinin müsbət dinamikasını qeyd edərək, ikitərəfli gündəliyin prioritet məsələlərini nəzərdən keçiriblər.

"Müzakirələrdə bu il ikitərəfli səfərlərin koordinasiyası, həmçinin Kişinyovda nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti raundu və ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə xüsusi diqqət yetirilib", – məlumatda vurğulanır.

Həmçinin ikitərəfli hüquqi bazanın genişləndirilməsi, regional təhlükəsizlik sahəsində son hadisələr, eləcə də ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub. Tərəflər ayrıca beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
4
moderator.az

5Mənbələr