AZ

NATO-nun baş katibi Trampa haqq qazandırdı: Biz Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq

NATO-nun baş katibi Mark Rutte ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı mübahisəyə münasibət bildirməkdən bir daha imtina edərək, pərdəarxası həll yolu üzərində işlədiyini qeyd etdi.

Ruttenin birbaşa cavabı belə olub: Əmin ola bilərsiniz ki, mən bu məsələ üzərində işləyirəm. Mənim açıqlamalarım heç nəyi dəyişməyəcək. O, böhrandan yeganə çıxış yolunun “düşüncəli diplomatiya” olduğuna inanır.

Ruttenin sözlərinə görə, ABŞ hərbi ittifaqa sadiqdir, çünki “NATO təkcə Avropanın müdafiəsi üçün deyil, həm də ABŞ-ın müdafiəsi üçündür. Eyni zamanda, o, ABŞ-ın “təhlükəsiz Arktikaya, təhlükəsiz Atlantik Okeanına və təhlükəsiz Avropaya ehtiyacı olduğunu” əlavə edib və ABŞ prezidenti Donald Trampın Arktika ilə bağlı “haqlı” olduğuna əminliyini ifadə edib: Biz Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq, – Rutte bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr