AZ

"Fulhem" Oskar Bobb üçün rəsmi təklif göndərdi

London təmsilçisi yeni mövsüm öncəsi hücum potensialını artırmaq üçün "Mançester Siti"nin gənc ulduzunu hədəfə alıb.

Fanat.Az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə, "Fulhem" Oskar Bobbun transferi üçün "şəhərlilər"lə rəsmi danışıqlara başlayıb.

London klubu norveçli vingerin tam transfer hüququna sahib olmaq üçün 35 milyon funt-sterlinq dəyərində təklif hazırlayıb. Hazırda klublar arasında danışıqların müsbət müstəvidə davam etdiyi bildirilir.

21 yaşlı Bobb ötən mövsüm göstərdiyi performansla bir çox Premyer Liqa klubunun diqqətini cəlb etməyi bacarmışdı. Lakin daha çox oyun praktikası qazanmaq istəyən gənc oyunçunun "Fulhem"ə keçməyə isti yanaşdığı vurğulanır.

Kamil Xudiyev

Seçilən
21
fanat.az

1Mənbələr