Yazını böyüt
Yazını kiçilt
Yanvarın 22-də start götürəcək boks üzrə Azərbaycan çempionatında milli komandanın aparıcı boksçuları iştirak etməyəcək.
Hafta.az bildirir ki, bu barədə qərarı yığmanın məşqçilər korpusu qəbul edib.
Qərara əsasən, Sübhan Mamedov (50 kq), Səidcəmşid Cəfərov (75 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) ötən il iştirak etdikləri yarışların sayına və göstərdikləri nəticələrə görə Azərbaycan çempionatına qatılmayacaqlar.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.