500 manat əskinası olanların nəzərinə: Bu pul vəsaiti ödəniş terminallarında qəbul edilmir.
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, hazırda nağd şəkildə istifadə edilən və mövcud olan pul əskinası bankomatlarda da geri qaytarılır.
Bəs, sual yaranır hazırda 500 manat dövriyyəsi dayandırılıbmı, ümumiyyətlə bu əskinasların terminallarda qəbul edilməməsinə səbəb nədir?
Ekspertlər deyir ki, banklarda nadir hallarda istifadə edilən 500 manat hazırda ödəniş vasitəsi hesab olunur.
Məsələ ilə bağlı Mərkəzi bankdan “Xəzər Xəbər”ə bildirildi ki, 500 manat nominallı xatirə kağız pul nişanı Mərkəzi Bank tərəfindən 2021-ci ildə tədavülə buraxılıb. belə pul nişanları tədavülə məhdud sayda buraxılır və dövriyyə məqsədi daşımadığı üçün gündəlik tranzaksiyalarda, nağd pul ödənişlərində geniş istifadə üçün nəzərdə tutulmur. Buna görə də ölkə ərazisində istismar olunan nağd pul terminallarında yubiley və xatirə pul nişanlarının qəbulu və tanınması həyata keçirilmir. Bu pul nişanlarına maraq və tələb yüksək olduğu üçün vətəndaşlar öz istəklərinə uyğun olaraq onların təkrar bazarda realizasiyasını həyata keçirə bilər və bununla bağlı hər hansı çətinlik hallarına rast gəlinmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.