Bakı. Trend:
Avropa Parlamenti Aİ-də hava nəqliyyatı sərnişinlərininhüquqlarının zəiflədilməsinə qarşı çıxaraq mövcud qaydalarınqorunmasını dəstəkləyib.
Trend bu barədəxarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, parlament üzvləri 652 lehinə səslə Aİ üzvdövlətlərinin bu sahədə təklif etdiyi dəyişikliklərə etirazediblər.
Qəbul olunan mövqeyə əsasən, uçuşlar üç saatdan çox gecikdikdə,ləğv edildikdə və ya sərnişin təyyarəyə buraxılmadıqda kompensasiyahüququ saxlanılır. Parlament həmçinin kompensasiya məbləğinin uçuşməsafəsindən asılı olaraq 300–600 avro arasında qalmasını təklifedir.
Sərnişinlərin hüquqlarının gücləndirilməsi məqsədiləaviaşirkətlərə kompensasiya və geri ödəmə üçün əvvəlcədəndoldurulmuş formaların 48 saat ərzində təqdim edilməsi tələbi irəlisürülüb. Sərnişinlərə iddia təqdim etmək üçün bir il vaxtveriləcək.
Yeni mövqeyə görə, sərnişinlər əlavə ödəniş etmədən bir şəxsiəşya və çəkisi 7 kiloqrama qədər olan kiçik əl yükü götürəbiləcəklər. Uşaqları və hərəkət məhdudiyyəti olan şəxsləri müşayiətedənlər də əlavə ödəniş etmədən onların yanında oturmaq hüququ əldəedəcəklər.
Avropa Parlamenti həmçinin həssas qrupların – əlilliyi olanşəxslərin, hamilə qadınların və uşaqlı sərnişinlərin – uçuş zamanıdaha yaxşı qorunmasını tələb edir.
Parlamentin mövqeyi indi Aİ Şurasına təqdim olunacaq. Əgər tərəflərrazılığa gələ bilməsə, qanun layihəsi üzrə danışıqlar barışıqkomitəsində davam etdiriləcək.