Bakı. Trend:
Qrenlandiya hökuməti (Naalakkersuisut) ölkə sakinləri üçün"Böhrana Hazır Olun - Beş Günə Hazır Olun" adlı broşür buraxıb.
Trend-i məlumatınagörə, bu barədə Qrenlandiya Nazirlər Kabinetinin saytındabildirilib.
Məlumata əsasən, nəşrdə ada ev təsərrüfatlarının potensialböhrana necə hazırlaşa biləcəyinə dair bir sıra sadə və praktikməsləhətlər yer alıb.
Təlimatlar üzərində işlərə 2025-ci ildə elektrik kəsintilərindənsonra başlanılıb. "Tövsiyələr ictimai təhlükəsizliyinyaxşılaşdırılması və bütövlükdə cəmiyyətin daha yaxşı hazırlığınıtəmin etmək üçün hazırlanmışdır", - deyə qeyd olunub.