Bu gün Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Ayntraxt”la bağlı maraqlı fakt üzə çıxıb.
“Football-plus.az”ın məlumatına görə, Frankfurt təmsilçisinin bu turnirin səfər matçlarında qələbə qazanması çətin məsələdi.
Belə ki, “qartallar” ÇL-də son səfər qələbəsini 2022-ci il noyabrın 2-də qazanıb. Portuqaliya “Sportinq”inin qonağı olan “qartallar” rəqibini 2:1 hesabıyla məğlub edib.
Həmin gündən bəri 4 səfər matçında gücünü sınayan “Ayntraxt” qələbəyə həsrət qalıb. Bu matçlardan 3-ü cari mövsümə təsadüf edib. Almanlar səfərdə “Atletik”ə 1:5, “Barselona”ya 1:2 hesabıyla uduzub, “Napoli” ilə isə qolsuz “sülh”ə razılaşıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta