AZ

Ford 119 mindən çox avtomobilini geri çağırır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin “Ford” şirkəti 119 min 075 avtomobil geri çağırılır.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-nin Milli Yol Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, səbəb mühərrik blokunun qızdırıcısının çatlayaraq soyuducu maye sızdırma ehtimalıdır ki, bu da qısa qapanmaya və qızdırıcı qoşulduqda yanğın riskinin artmasına səbəb ola bilər.

Geri çağırış siyahısına müəyyən "Ford Focus", "Escape", "Explorer" və "Lincoln MKC" modelləri daxildir.

Sahiblərə NHTSA tərəfindən tövsiyə olunur ki, avtomobillər təmir olunana qədər blok qızdırıcılarını qoşmasınlar. Avtomobil satıcıları isə blok qızdırıcılarını pulsuz əvəz edəcək.

Seçilən
57
7
hafta.az

8Mənbələr