AZ

Sörlot "Fənərbaxça" ilə bağlı qərarını açıqladı

Adı "Fənərbaxça" ilə hallanan "Atletiko Madrid"in norveçli ulduzu Aleksandr Sörlot karyerası barədə danışıb. Metbuat.az xəbər verir ki, o, "Atletiko Madrid"də xoşbəxt olduğunu ifadə edib. Futbolçu, “Mən burada çox xoşbəxtəm və düşünürəm ki, bunu meydanda göstərmişəm. "Atletiko"da çox xoşbəxtəm və burada davam etmək istəyirəm”, - deyə bildirib.

O həmçinin Türkiyədəki futbol ab-havasını tərifləyib. Türkiyədə bir mövsüm oynadığını ifadə edən futbolçu, stadionların dolu və insanların futbola həvəsli olduğunu qeyd edib. Aleksandr Sörlotun sözlərinə görə, futbolu sevən oyunçu Türkiyədə oynamaqdan zövq alacaq.

Seçilən
27
metbuat.az

1Mənbələr