Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 11-ci dəqiqəsində rəqibin heyətində Can Uzun hesabı bərabərləşdirib.
Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.
xxx
21:56
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda hesab açılıb.
Trend xəbər verir ki, matçın 4-cü dəqiqəsində Kamilo Duran fərqlənib.
xxx
21:49
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçiriləcək VII tur oyunu başlayıb.
Trend-in məlumatına görə, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürüb.
Xəbər yenilənəcək