AZ

Ehtiyatda qaldı, icarə təklifini qəbul etmədi

“Zirə”nin yarımmüdafiəçisi Rövlan Muradov «Kəpəz»in təklifini geri çevirib.

O, mövsümün ikinci hissəsini də «qartallar»ın düşərgəsində keçirəcək.

Baxmayaraq ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov şəxsən onunla əlaqə saxlayaraq, 5 aylıq icarəyə götürmək istədiklərini bildirib.

Çalışdırıcı yarımmüdafiəçiyə söz verib ki, təklifi qəbul edərsə, daim əsas heyətdə şans qazanacaq.

«Qəbələ»nin yetirməsi bu mövsümdən «Zirə»nin şərəfini qoruyur. O, ötən ilin yayında «qartallar»la 2 illik müqavilə imzalayıb.

Bura «Sumqayıt»dan gəlmiş 27 yaşlı orta sahə oyunçusu hələlik əsas heyətdə möhkəmlənə bilməyib.

Rəşad Sadıqovun etimadını qazanmağa çətinlik çəkən Muradov vaxtının çoxunu ehtiyat skamyada keçirir.

SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr