AZ

Şad xəbər: Bu cərimələr silinir

Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Babək Umudov Sfera.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

“Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbir görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənib, icra məmurunun çağırışlarından yayınıbsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.

Seçilən
123
4
publika.az

5Mənbələr