21 yanvar gecəsi Rusiya ordusu işğal olunmuş Krımdan Ukraynaya İsgəndər-M ballistik raketi atıb.
Ukrayna Hərbi Hava Qüvvələri bu barədə həmin səhər Telegram-da məlumat verib.
Rusiya həmçinin əksəriyyəti “Şahed” sinifli olan 97 hücum dronu ilə Ukrayna ərazisinə hücum edib. Rusiya dronları Krımdan, Donetsk vilayətinin işğal olunmuş hissəsindən, eləcə də Kursk, Oryol, Rostov vilayəti və Rusiyanın Krasnodar diyarından uçub.
Səhər saat 8:30-a olan məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin elektron və pilotsuz sistem bölmələri və mobil atəş qrupları 84 PUA-nı vurub. Ölkənin şimalında, cənubunda və şərqində hava hücumundan müdafiə aktiv olub. Məlumata görə, 11 yerdə 13 dronla birlikdə raket zərbəsi qeydə alınıb. Başqa bir yerdə isə hava hədəflərinin dağıntıları düşüb.
//Samir Qurbanov, Editor.az