AZ

Bu halda həmin ölkəni xəritədən siləcəklər -

ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona qarşı sui-qəsdə cəhd ediləcəyi halda bu ölkəni xəritədən silmək üçün təlimat verib.Metbuat.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib. Tramp, “News Nation”a müsahibəsində İranın ona qarşı sui-qəsd təhdidlərinə reaksiya verib. O, “Əgər hər hansı şey baş verərsə, bütün ölkə havaya uçacaq. Mən onlara çox sərt zərbə vuracağam. Onları yer üzündən siləcəklər”, - deyə bildirib.

Tramp həmçinin keçmiş prezident Co Baydeni İrandan gələn sui-qəsd təhdidlərinə lazımi qədər cavab vermədiyi üçün tənqid edib.

Seçilən
38
metbuat.az

1Mənbələr