AZ

“Mançester Siti”nin oyunçuları “Bodo Qlimt”lə oyunu izləyən azarkeşlərə pullarını geri qaytaracaqlar

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Mançester Siti”nin oyunçuları Çempionlar Liqasının yeddinci turunda “Bodo-Qlimt”ə qarşı oyunu izləyən “şəhərlilər”in azarkeşlərinə pullarını geri qaytaracaqlar.

İdman.Biz bildirir ki, oyun Norveçin Bodo şəhərindəki “Aspmyra” stadionunda baş tutub. İngiltərə komandası 3:1 hesabı ilə məğlub olub.

“Azarkeşlərimiz bizim üçün hər şeydir. Azarkeşlərimizin evdə və səfərdə bizi dəstəkləmək üçün dünyanı gəzərkən nələri qurban verdiklərini bilirik və bunu heç vaxt adi hal kimi qəbul etməyəcəyik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Həmçinin başa düşürük ki, çətin bir axşamda bizi şaxtalı havada dəstəkləyən azarkeşlər uzun bir yol qət etməli olublar. “Bodo”ya səyahət edən azarkeşlər üçün biletlərin dəyərini geri qaytarmaq edə biləcəyimiz ən az şeydir”, - “Manchester Evening News” qəzeti “Siti” oyunçularından sitat gətirir.

Nəşrin məlumatına görə, futbolçular azarkeşlərə 9.357 funt sterlinq (10.760 avro) qaytaracaqlar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
icma.az

2Mənbələr