AZ

Ermənistan 2026-cı ildə KTMT-dən çıxacaq?

Ermənistan 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurmayacaq.

Bu nəticə ölkənin Xarici Kəşfiyyat Xidmətinin respublikanın xarici riskləri ilə bağlı illik hesabatında yer alıb: “Xidmətin 2026-cı il üçün Ermənistan-KTMT münasibətlərinin qiymətləndirilməsi ötən ilki qiymətləndirmədən dəyişməz olaraq qalır.

Ermənistanın KTMT-dəki üzvlüyünü dondurmaqdan imtina etməsi ehtimalı azdır, çünki bu, regional təhlükəsizlik strukturunun səlahiyyətlərinə meydan oxumaq demək olacaq və digər üzv dövlətlər üçün ciddi nəticələrə səbəb olacaq.”- Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

İrəvan əvvəllər təşkilatın respublikanın suverenliyinə qarşı iddia edilən təhdidlərini əsas gətirərək KTMT-dəki iştirakını dondurmuşdu. 2025-ci ilin dekabrında Ermənistanın baş naziri Ermənistan-KTMT münasibətlərinin geri dönüş nöqtəsini keçdiyini bəyan etmişdi. Hazırda İrəvan təşkilatdan çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr