AZ

​Venesuela neft satışından 300 milyon dollar əldə etdi

Venesuela neft satışından 300 milyon dollar gəlir əldə edib. Metbuat.az xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez belə açıqlama verib. Karakasda keçirilən tədbirdə dövlət televiziyası VTV-yə müsahibə verən Rodrigez ölkəsinin ABŞ-yə 500 milyon dollarlıq neft satışından danışıb. Rodrigez xam neft satışından ilk ödənişin Venesuela Mərkəzi Bankına çatdığını bildirib. Onun sözlərinə görə, 500 milyon dollardan 300 milyon dolları ölkəyə daxil olub. O, həmçinin inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlərin görülməsindən bəhs edərək ölkəyə xarici valyuta axınının davam edəcəyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Karolin Leavitt Vaşinqton və Karakas arasında 500 milyon dollarlıq müqavilənin imzalandığını elan etmişdi.

Seçilən
103
1
metbuat.az

6Mənbələr