“Barselona”nın hücumçusu Robert Levandovski MLS klublarının diqqət mərkəzindədir.
İdmanxeber.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu ABŞ-a köçməyə müsbət yanaşır. Digər variantlar arasında Səudiyyə Ərəbistanı və Avropa klubları da var.
Levandovskinin “Barselona” ilə müqaviləsi yayda başa çatır. O, bu mövsüm La Liqada 15 oyunda 9 qol vurub, 1 assist edib.