AZ

Tramp Qrenlandiya ilə bağlı Avropaya qarşı tariflərdən imtina edib

ABŞ–Avropa münasibətlərində gərginliyin azaldılması və Arktika ilə bağlı yeni siyasi çərçivə formalaşır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Qrenlandiya mövzusu üzrə “gələcək sazişin çərçivələri”nin razılaşdırıldığını bəyan edib. Trampın sözlərinə görə, aparılan danışıqlar konstruktiv məcrada keçib və tərəflər mümkün əməkdaşlığın əsas prinsipləri üzərində ortaq mövqeyə gəliblər.

Eyni zamanda Tramp Avropa ölkələrinə qarşı əlavə ticarət rüsumlarının tətbiq edilməyəcəyini vurğulayıb. O, ABŞ-nin Avropa ilə münasibətlərdə iqtisadi qarşıdurmada maraqlı olmadığını, əksinə, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın prioritet təşkil etdiyini bildirib. Tramp qeyd edib ki, tariflərdən imtina qərarı transatlantik münasibətlərin sabitliyi baxımından mühüm addımdır.

Məsələ ilə bağlı rəsmi detallar hələlik açıqlanmasa da, Trampın bəyanatı həm Avropada, həm də beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr