AZ

​ABŞ Qrenlandiya üçün hərbi güc tətbiq etməyəcək -

ABŞ Qrenlandiyanı nəzarətə götürmək üçün hərbi güc tətbiq etməyəcək.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında belə deyib. O bildirib ki, ABŞ tarix boyunca bir çox əraziləri satın aldığı kimi, Qrenlandiyanın da satın alınması məsələsini müzakirə etmək üçün Danimarka ilə danışıqlar tələb edir. Tramp, milli təhlükəsizlik səbəbləri ilə əraziyə sahib olmalarının vacibliyini iddia edib və bu məsələni Danimarka ilə müzakirə etməyə hazır olduqlarını bildirib. Tramp, "Həddindən artıq güc tətbiq etməyə qərar vermədikcə yəqin ki, Qrenlandiyadan heç nə əldə edə bilməyəcəyik, doğrusu bu halda qarşısıalınmaz olardıq. Amma mən bunu etməyəcəyəm. Mən güc tətbiq etmək istəmirəm, güc tətbiq etməyəcəyəm", - deyərək hərbi variantı nəzərdən keçirmədiyini bildirib.

Tramp bildirib ki, Qrenlandiya təkcə ABŞ üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün vacibdir və buna görə də onlara məxsus olmalıdır.

Seçilən
45
metbuat.az

1Mənbələr