AZ

"Beşiktaş" gənc futbolçusunu Portuqaliyaya yollayır

"Beşiktaş" klubu Portuqaliyanın "Braga" komandası ilə gənc istedad Demir Ege Tıknazın transferi mövzusunda danışıqlara başlayıb.

Azreform.info  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

"Komandamızın oyunçusu Demir Ege Tıknazın Portuqaliyanın "Braga" klubuna transferi ilə bağlı danışıqlara başlanılıb", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Beşiktaş" qış transfer pəncərəsində gərgin dövr yaşayır. Klub David Jurasek, Arda Kılıç, Elan Rikardo, Mert Günok, Jonas Svensson və Qabriel Paulista ilə yollarını ayırıb.(oxu.az)

Seçilən
111
3
azreform.info

4Mənbələr