AZ

Bu qələbə Azərbaycan futbolunun ən böyük uğurudur - Qurban Qurbanov

Azarkeşlər sağ olsunlar ki, belə bir havada, inamsız vaxtda - hansı ki, bizə, futbolçulara inam azalmışdı sanki, o inamı yenidən qaytardılar. Biz bu gün onları stadionda görəndə həqiqətən futbolçulara həddindən artıq motivasiya oldular. Bu qalibiyyət sanki azarkeşlərin haqqıydı. Hər birinə təşəkkür edirəm, futbolçularımı təbrik edirəm ki, sona kimi oyundan qorxmadılar, nizam-intizamı qoruyub saxladılar. Çox möhtəşəm, həqiqətən, böyük futbol idi.

Ölkə.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Frankfurt"la matçdan sonra oyun barədə danışarkən deyib.

"Təbii ki, indiyə qədər belə bir uğur olmamışdı. Bunu "Qarabağ" tarixinin ən böyük zəfəri adlandıra bilərik. Bəlkə də, Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmnunam. Şükürlər olsun Allaha. Allah son saniyələrdə bu cür qalibiyyəti nəsib etdi", - deyə o söyləyib. 

Seçilən
21
olke.az

1Mənbələr