
Fələstin Prezidenti Mahmud Abbas iki günlük işgüzar səfərlə Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi olan WAFA məlumat yayıb.
Agentliyin məlumatına görə, Abbas 22 yanvarda rusiyalı həmkarı Vladimir Putin və bir neçə ərəb ölkəsinin səfirləri ilə görüşməyi planlaşdırır. Tərəflərin Yaxın Şərqdəki son hadisələri müzakirə edəcəyi gözlənilir.