AZ

Rusiyada Leninin adını daşıyan obyektlərin adı dəyişdiriləcək

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Ayrat Gibatdinov yenidənqurmadan əvvəl Leninin adını daşıyan bütün coğrafi, mədəni və tarixi yerlərin adlarının dəyişdirilməsini təklif edib. Newscenter.az xəbər verir ki, o, bu barədə TASS-a bildirib."Mənim fikrimcə, yenidənqurma dövründə verilən səhv qərarları yenidən nəzərdən keçirmək lazımdır. Onlardan biri SSRİ tarixinə qarşı mübarizə və ölkədə Vladimir İliçin adını daşıyan əsas coğrafi, tarixi, mədəni və strateji yerlərin adlarının dəyişdirilməsi idi. Rusiyanın hər şəhərində onlarla belə yer var", - deyə Gibatdinov hesab edir.Gibatdinov 1992-ci ildə hazırda Rusiya Dövlət Kitabxanası adlanan Lenin Kitabxanasının adının dəyişdirilməsini vurğulayıb. O, qeyd edib ki, tarixi ad ictimai şüurda qalıb və bir çoxları hələ də onu Lenin Kitabxanası adlandırırlar.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
173
newscenter.az

1Mənbələr