AZ

Ronaldu 960 cı qolunu vurdu, komandası qalib gəldi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda "Ən-Nəsr" səfərdə "Damak"la üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların üstünlüyü ilə keçib.

Artıq 5-ci dəqiqədə Ər-Riyad klubu hesabı açıb. Əbdürrəhman Qərib fərqlənib. 50-ci dəqiqədə Komandanın kapitanı Kriştianu Ronaldu karyerasındakı 960-cı qoluna imza ataraq fərqi artırıb. Meydan sahibləri bu qollardan birinin əvəzini çıxmağı bacarıblar. 68-ci dəqiqədə Camal Harkas qapını dəqiq nişan alıb - 1:2.

Bu nəticədən sonra paytaxt təmsilçisi xallarını 37-ə çatdıraraq, turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Damak" isə 11 xalla 15-cidir. Liqaya 41 xalla "Əl-Hilal" başçılıq edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
2
oxu.az

3Mənbələr