AZ

Stüard 4 il saxta pilot OLDU – Dünyanı PULSUZ GƏZDİ

Kanadalı stüard illərlə saxta pilotluq edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kanadada film ssenarilərini xatırladan maraqlı dələduzluq hadisəsi üzə çıxıb.

Keçmiş stüard məşhur “Tut bacarırsansa, tut” (Catch Me If You Can) filmindən ilhamlanaraq özünü pilot kimi qələmə verib və illərlə bütün dünya üzrə pulsuz səyahət edib.

Məlumata görə, sözügedən şəxs təxminən dörd il ərzində aviasiya sahəsindəki xidməti imtiyazlardan sui-istifadə edib.

O, üç fərqli aviaşirkəti aldadaraq onları özünün pilot olduğuna inandırıb.

Onu “öz adamları” kimi qarşılayıb, hətta təyyarənin pilot kabinəsinə (kokpitə) buraxıblar və bu müddət ərzində heç kim onun saxtakar olduğundan şübhələnməyib.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
88
interpress.az

1Mənbələr