AZ

"Qarabağ"a uduzmaq faciə deyil" - "Ayntraxt"ın baş məşqçisi

"Ayntraxt" Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda "Qarabağ"a uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, Frankfurt təmsilçisinin baş məşqçisi Dennis Şmitt oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Təbii ki, oyundan sonra üzüldük. Erkən qol buraxdıq, qalib gəlmək istəyirdik. Yaxşı başlamadıq. Amma sonradan toparlandıq və hesabı bərabərləşdirdik. Hər iki komandanın şansları var idi. Fasilədə bəzi məsələləri danışdıq, taktikanı dəyişdik. Gördük ki, “Qarabağ” 2-ci hissədə də təzyiq edir, hücuma keçirdi. Hesabda önə də keçdik, amma “Qarabağ” dərhal hesabı bərabərləşdirdi. 2:2-dən sonra oyuna nəzarət edirdik. Amma “Qarabağ” yenə hücumlar etdi. Çox çalışdıq ki, intizamlı oynayaq. Bu oyundan pozitiv məqamları götürüb, analiz edəcəyik.

- “Ayntraxt” bu mövsüm açıq futbola üstünlük verir. 1-ci undesliqada ən çox qol vuran və buraxan komandadı. “Qarabağ”a uduzduqdan sonra komandada qalacaqsız? Bu işin öhdəsindən gəlmədiyinizi düşünürsüz?
- Söhbət məndən getmir. Mən klubda qalacam. Bu gün əsas olan atdığımız addımlar, cəhdlər idi. Sabah analiz edəcəyik, buraxdığımız səhvlərdən danışacağıq. Söhbət ondan gedir ki, gələcəkdə yaxşı oyunlar göstərib, yaxşı nəticələr qazanaq.

- “Qarabağ” ilk dəfə Almaniya komandasını məğlub etdi. Bu uğursuzluqda ilk olmaq sizin üçün nə deməkdi?
- İndi yalnız öz oyunumuz haqda danışa bilərəm. Gördük ki, komanda çox intizamlı oynadı, istəkli idi. Biz daha çox səhv daha çox etdik və uduzduq.

- Sizə etiraz edirəmKomanda inamsız görünürdü. Növbəti matçlarda daha inamlı olmaq üçün hansı addımları atacaqsız?
- Fikrinizə hörmətlə yanaşıram. Amma mən intizamlı, inamlı oynayan komanda gördüm. Deməzdim ki, zəif göründük. Hazırlaşmaq üçün az vaxt var idi. 75-ci dəqiqədə öndə idik. Sonradan baş verənlər göstərir ki, hardasa səhv etdik.

- Hər vurulan qoldan sonra qol buraxırdız. Bu nə ilə əlaqədardı?
- Dərhal bir söz deyə bilmərəm, analizdən sonra danışmaq olar. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Öz oyunumuzu oynayırdıq. Səhvlər buraxmışıqsa, analiz edəcəyik. Bu məğlubiyyət futbolçuların əhvalını korladı. Onlar psixoloji olaraq narahatdı. Amma analizdən sonra, 5-ci günkü məşqdə pozitiv məqamlara köklənəcəyik ki, qarşıdakı matçlarda Bakıdakı səhvləri buraxmayaq. Potensial var.

- Siz özünüz komandada qalacaqsız? Növbəti addımlar necə olacaq?
- Mənim üçün şəxsi işi düşünmək maraqlı deyil. Əsas məsələ komandanı toplayıb, növbəti oyuna hazırlaşdırmaq idi. Üç gün vaxt var idi. Bundan səmərəli istifadə etdik. Göstərdiyimiz oyun da bunu deyir. Şənbə günü də komandanı baş məşqçi kimi meydana mən çıxaracam.

- Alman jurnalistlər sizə tənqidi suallar verir. Azərbaycan komandasına məğlubiyyəti ölkə böyük faciə kimi qarşılayacaqlar?
- Xeyr, faciə deyil. Bura Çempionlar Liqasıdı, bütün komandalar keyfiyyətlidi. Meydanda iki güclü kollektiv var idi. Hər ikisi mübarizə aparırdı. Uduzmuşuqsa, o demək deyil ki, potensialımız yoxdu.

- Oyunöncəsi Bakıda məşq etməməyinizin məğlubiyyətə təsiri oldu?
- Bunun oyuna heç bir təsiri yoxdu. Qərarımızdan peşman deyilik.

Seçilən
63
4
football-plus.az

6Mənbələr