AZ

Oyun aparatında FIRILDAQ: “iPhone 16” qutusundan ŞOKOLAD ÇIXDI – FOTO

Krasnoyarskda məktəbli qız “iPhone” qazanıb, lakin qutudan şokolad çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Krasnoyarsk şəhərində azyaşlı uşağın başına gələn hadisə həm təəccübə, həm də müzakirələrə səbəb olub.

9 yaşlı məktəbli qız oyun aparatında “iPhone” udmaq üçün düz bir il ərzində cəhdlər edib.

Hər gedişi 50 rubl (təxminən 1,10 manat) olan oyunda qız nəhayət ki, əsas mükafatı – “iPhone 16″nı qazana bilib. Lakin qutunu açarkən böyük xəyal qırıqlığı yaşayıb.

Belə ki, qutunun içindən əsl telefon yox, telefon formasında hazırlanmış şokolad çıxıb.

Faktla bağlı “Rospotrebnadzor” (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) araşdırmalara başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr