AZ

Avropa İttifaqı ABŞ ilə ticarət sazişini dondurdu

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyası üzrə səsverməni təxirə salıb.Metbuat.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin ticarət komitəsinin sədri Bernd Lanqe açıqlama verib. O bildirib ki, ABŞ Avropa İttifaqının suverenliyini hədələyərək ticarət münasibətlərinin sabitliyini pozur. Komitə sədrinin sözlərinə görə, ABŞ tarifləri təzyiq vasitəsi kimi istifadə edərək, Avropa İttifaqına hədələr səsləndirir.

Bernd Lanqe bəyan edib ki, ABŞ qarşıdurmanı kənara qoyub, əməkdaşlığı bərpa etməyə qərar verəndən sonra sazişlə bağlı işlər bərpa ediləcək.

Seçilən
39
metbuat.az

1Mənbələr